Otuz ölkəni təmsil edən xarici ekspertlər Laçında yaşıl enerji ilə bağlı təcrübələrini bölüşürlər
Laçının bərpaolunan enerji mənbələri sahəsində böyük potensialı var. Yeni texnologiyalara əsaslanan innovativ enerji sistemi qurulub. Bunu Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov Laçında 30 ölkədən 64 nüfuzlu ekspertin iştirakı ilə keçirilən Qarabağda dayanıqlı inkişafa həsr olunmuş paneldə bildirib. Şəhərdə 24 günəş paneli quraşdırılıb. "Sus" və "Ağbulaq" su elektrik stansiyaları bərpa olunub.
Vüsalə Cənnətova