Osloda yaşayan azərbaycanlılar Vətən müharibəsi ilə bağlı məlumatlandırma aksiyası keçiriblər
2021-09-28 14:04
Osloda yaşayan azərbaycanlılar Vətən müharibəsi ilə bağlı məlumatlandırma aksiyası keçiriblər. Əllərində banerlər tutan diaspor üzvlərimiz ermənilər tərəfindən ölkəmizə qarşı uzun illər davam edən işğalçılıq, etnik təmizləmə siyasəti haqqında məlumat verərək, Vətən müharibəsinə gətirib çıxaran bu amillər barəsində maraqlanan insanlara danışıblar. Şəhidlik zirvəsinə ucalan əsgər və zabitlərimizin, erməni terroru nəticəsində həlak olan mülki şəxslərin xatirəsi yad edilib.
Nərgiz camal