Canlı
Orqan donoru olan şəxslərə güzəştlər edilməsi təklif olunur

2018-02-09 / 14:02

Sağ ikən orqanını verən, lakin sonradan orqana ehtiyacı olan şəxsə transplantasiya zamanı güzəştlər edilməlidir. Bunu Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev komitənin iclasında “İnsan orqan və toxumalarının transplantasiyası haqqında” qanunun təkmilləşdirilməsinə dair keçirilən dinləmələrdə deyib. Millət vəkilinin fikrincə, bu güzəşt maddi baxımdan da ola bilər. Deputat qeyd edib ki, “İnsan orqan və toxumalarının transplantasiyası haqqında” qanunda tibbi etika məsələləri ilə bağlı xüsusi müddəaların olması vacibdir.

Ruhəngiz Hacızadə