Ordumuzun Naxçıvan istiqamətində mövqeləri atəşə tutulub
İyunun 13-si saat 19:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Naxçıvanın Babək rayonunun Yuxarı Buzqov yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
Bu gün Ordumuzun Naxçıvan istiqamətində mövqeləri yenidən atəşə tutulub. Saat 07:15-də Soylan rayonunun Xaçik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərdən Şərur rayonunun Axura yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərimiz atıcı silahlardan atəşə tutulub. Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətlərdə cavab tədbirləri görülüb. Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Azad Mustafayev