Ordumuzun mövqeləri qanunsuz dəstə üzvləri tərəfindən atəşə tutulub
2021-03-12 14:12
Ötən gün saat 17:00-dan 21:00-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən ordumuzun Ağdam, Xocavənd və Xocalı rayonları istiqamətlərində yerləşən mövqeləri fasilələrlə müxtəlif çaplı silahlardan atəşə tutulub. Qeyd olunan istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən dərhal adekvat cavab tədbirləri görülüb. Yalnız qanunsuz dəstə üzvlərinin döyüş mövqeləri hədəfə alınıb. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
Nərgiz camal