Ordumuzun döyüşlərdə iştirak edən qoşunlarının təminatı yüksək səviyyədədir
2020-10-08 13:04
Əks-hücum əməliyyatlarında iştirak edən şəxsi heyətin təminat və təchizat məsələləri dərhal həll olunur. Müdafiə Nazirliyindən bildirilir ki, qoşunlarımızın təminatı müvafiq idarə, xidmət və qurumlar tərəfindən planlı şəkildə həyata keçirilir. Döyüşdə iştirak edən hərbi qulluqçularımız, hərbi texnika və döyüş vasitələrimiz ərzaq, geyim, məişət əşyaları, gündəlik tələbat məhsulları, silah-sursat və yanacaq-sürtgü materialları ilə sutkada 24 saat ərzində fasiləsiz təmin edilir.
Vüsalə Camal