2020-07-15 10:00
Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı bölmələrimizin dəqiq zərbəsi ilə Ermənistan silahlı qüvvələrinə məxsus növbəti bölüyün dayaq məntəqəsi digər və uzunmüddətli atəş nöqtəsi darmadağın edilib. Eləcə də düşmənin aktiv döyüş fəaliyyətinin qarşısının alınması məqsədilə görülən cəza tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinə məxsus döyüş texnikası bölmələrimizin dəqiq atəşi ilə məhv edilib. Ermənistan silahlı qüvvələrinin daha bir hərbi obyekti - bölüyün dayaq məntəqəsi və bölmələrimizin mövqelərini və yaşayış məntəqələrimizi atəşə məruz qoyan Ermənistan silahlı qüvvələri bölmələrinin daha bir uzunmüddətli atəş nöqtəsi və Ermənistan silahlı qüvvələrinin artilleriya divizionunun idarəetmə məntəqəsi bölmələrimiz tərəfindən məhv edilib.
Nərgiz Camal