Orduda raket-artilleriya batareyalarının döyüş atışlı taktiki təlimləri başlayıb
2021-04-12 18:00
Ordumuzda raket və artilleriya qoşunları bölmələrinin döyüş atışlı taktiki təlimləri başlayıb. Müdafiə Nazirliyindən bildirilib ki, döyüş texnikasının geniş tətbiqi ilə ərazidə nümunəvi döyüş atışları keçiriləcək. Əsas səylər Vətən müharibəsində əldə edilən təcrübə nəzərə alınmaqla, gündüz və gecə bölmələrin fasiləsiz idarəedilməsi, digər qoşun növləri ilə qarşılıqlı əlaqədə döyüş fəaliyyətinin təşkili üzrə praktiki vərdişlərin təkmilləşdirilməsinə yönəldiləcək.
Fərid Mehdiyev