Ordubadda kişi həmkəndlisini qətlə yetirib
Ordubad rayonunun Unus kənd sakini 50 yaşlı Tağıyev İbrahim Əsədulla oğlu bıçaq xəsarətləri ilə qətlə yetirilib. Araşdırmalarla hadisənin onun həmkəndlisi 48 yaşlı Rəsulov Bəxtiyar Sərdar oğlu tərəfindən qisas motivi ilə törədildiyinə əsaslı şübhələr müəyyən edilib və o, saxlanılıb. Faktla bağlı cinayət işi açılıb, istintaq gedir.
Zülfiyyə Telmanqızı