Canlı
OPEK Azərbaycanda neft hasilatı ilə bağlı proqnozu açıqlayıb

2018-04-16 / 10:00

OPEK 2018-ci ildə Azərbaycanda neft hasilatının ötən illə müqayisədə 0,03 milyon barrel/sutka azalacağını gözləyir. Bu barədə təşkilatın aylıq hesabatında deyilir. Hesabata əsasən, bu il Azərbaycanda neft hasilatı orta hesabla sutkada 0,77 milyon barrel həcmində proqnozlaşdırılır. "Birinci rübün yekunları proqnozlardan daha yüksək oldu. Ona görə də proqnoz sutkada 37 min barrel artırıldı ki, bu da illik proqnozun 0,01 milyon barrel/sutka həcmində təkrar baxılmasına gətirib çıxardı", - deyə hesabatda vurğulanır.

Vəfa Şairova