Canlı
OPEC+ ölkələri neft hasilatını sutkada 1 milyon barel azalda bilər

2018-12-06 / 08:19

OPEC+ ölkələrinin nazirləri, eləcə də Rusiya nümayəndəsi Monitorinq Komitəsinin çərşənbə günü keçirilən iclasında neft hasilatını azaltmağın zəruriliyi barədə razılığa gəliblər. Bunu jurnalistlərə Omanın neft və qaz naziri Məhəmməd bin Hamad ər-Rumhi deyib. 2019-cu ildə hasilatın azaldılması sutkada təqribən 1 milyon barel təşkil edə bilər. Dəqiq rəqəm müzakirələrin davamında bilinəcək.

Vəfa Şairova