Online şahmat yarışı üçün son qeydiyyat mayın 14-dür
2020-04-24 18:05
Azərbaycan şahmatçıları Avropa Şahmat İttifaqının təşkilatçılığı ilə keçiriləcək onlayn qitə çempionatında iştirak edəcəklər. Yarışa qatılmaq istəyən şahmatçılar üçün son qeydiyyat müddəti mayın 14-də başa çatacaq. İndiyədək Azərbaycanın 19, ümumilikdə isə 800 şahmatçı Avropa çempionatı üçün qeydiyyatdan keçib. 16 - 31 mayda baş tutacaq qitə yarışında 48 ölkənin iti zəka sahibləri mübarizə aparacaq.
Fərid Mehdiyev