Onlayn sifariş edilən məhsulların tərkibinə diqqət yetirmək tövsiyə edilir
Dövlət Gömrük Komitəsi internet üzərindən sifariş edilən arıqlama çayları, kofeləri, dərman preparatları və qida əlavələrinin tərkibinə diqqət yetirilməsini tövsiyə edib.Qurum bildirib ki, bəzi məhsulların tərkibində dövriyyəsi məhdudlaşdırılmış sibutramin, preqabalin və qabapentin kimi güclü təsirə malik maddələr aşkarlanıb.Komitə xəbərdarlıq edib ki, bu cür məhsullar sağlamlıq üçün təhlükə yarada, həmçinin qanunvericiliyə uyğun sifariş və bəyan edilmədiyi halda hüquqi məsuliyyətə səbəb ola bilər.
04 iyun 2026

