Onlayn qumar və kazino oyunlarına qarşı əməliyyat keçirilib, 4 nəfər saxlanılıb
DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin qanunsuz onlayn qumar və kazino oyunlarına qarşı keçirdiyi əməliyyat zamanı şübhəli bilinən 4 nəfər - Səfər Səfərov, Fazil Məmmədov, Riyad Heydərli və Nadir Soltanov saxlanılıb. Onların xaricdə yaradılan onlayn kazino saytlarının Azərbaycan seqmentini idarə edərək ölkədə qanunsuz kazino oyunları təşkil etdiyi müəyyən olunub. Axtarışlar zamanı 200-dən çox bank kartı, mobil nömrələr və elektron sübutlar aşkarlanaraq götürülüb.İki nəfər barəsində həbs qətimkan tədbiri seçilib, digər şəxslərlə bağlı istintaq davam edir.

