Omikron ştamına uşaqların yoluxma ehtimalı daha çoxdur
2021-01-11 18:11
Koronavirusun "Omicron" ştamının öldürücülük qabiliyyəti zəif olsa da, yayılma sürəti virusun "Delta" növündən 70 dəfə çoxdur. İnfeksionist-hepatoloq Mərdan Əliyev deyib ki, Azərbaycanda virusun bu növünün aşkarlanması onu deməyə əsas verir ki, ölkəmizdə yoluxma sayında artım olacaq. "Əsas da uşaqların yoluxma ehtimalı yüksəkdir. Lakin ağırlaşma ehtimalı çox aşağıdır", - deyə həkim vurğulayıb.
Vüsalə camal