Ombudsmandan ABŞ Dövlət Departamentinin dini azadlıqların vəziyyətinə dair hesabatına reaksiya
Azərbaycanda tarixən müxtəlif dinlərə mənsub şəxslər sülh və mehribanlıq şəraitində yaşayıb. Ombudsman Səbinə Əliyeva qeyd edib ki, Azərbaycan dünyada dini baxımdan ən tolerant dövlətlər siyahısında yer alır. "ABŞ Dövlət Departamenti tərəfindən hazırlanmış illik hesabatda Azərbaycanın adının dini etiqad azadlığının pozulduğu ölkələr sırasında qeyd edilməsini qərəzli hesab edirik. Bu cür əsassız hesabat və bəyanatların yayımlanması qəbuledilməzdir", - deyə Ombudsman vurğulayıb.
Vüsalə Cənnətova