Ombudsman Gəncədə faktaraşdırıcı missiya həyata keçirib
2020-10-06 17:05
Ermənistan silahlı qüvvələrinin oktyabrın 4-də münaqişə zonasından 100 km-dən artıq məsafədə yerləşən Gəncəni Ermənistan ərazisindən ağır artilleriya və raket atəşinə tutması ilə əlaqədar Ombudsman Səbinə Əliyeva növbəti faktaraşdırıcı missiya həyata keçirmək məqsədilə Gəncəyə səfər edib. Ombudsman ağır artilleriya atəşi nəticəsində dağılan, ciddi ziyan dəyən mülki evlərə, tarixi-mədəni abidələrə, iri ticarət mərkəzlərinə və digər ictimai obyektlərə baş çəkməklə araşdırma aparıb. Müvəkkil Ermənistan silahlı qüvvələrinin mülki əhalinin sıx yaşadığı əraziləri atəşə tutması nəticəsində yaralanan şəxslərlə, habelə zərərçəkən şəhər sakinləri ilə görüşüb.
Nərgiz Camal