Ombudsman Füzuli və Tərtərdəki mina partlayışları ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib
"Bir daha beynəlxalq təşkilatlara müraciət edərək, işarələnməmiş minaların insan həyatı üçün potensial təhlükə mənbəyi olması ilə bağlı narahatlığımızı təkrar diqqətə çatdırır və bununla əlaqədar təxirəsalınmaz addımlar atmağa çağırırıq". Bu fikir Ombudsman Səbinə Əliyevanın Füzuli və Tərtərdə baş vermiş mina partlayışları ilə bağlı yaydığı məlumatda bildirilib. Dəfələrlə çağırışlar edilməsinə baxmayaraq, Ermənistan tərəfindən işğal dövründə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində basdırılmış minaların dəqiq xəritələrinin hələ də ölkəmizə təhvil verilməməsi hərbi qulluqçularla bərabər, mülki şəxslərin də həyat və sağlamlığı üçün ciddi təhlükə olaraq qalmaqdadır. - məlumatda qeyd olunub.