Ombudsman Fransa Senatının Azərbaycan əleyhinə qətnaməsi ilə bağlı beynəlxalq təşkilatlara bəyanat ünvanlayıb
Fransa Senatında Azərbaycan əleyhinə qəbul edilən qətnamə qərəzli, həqiqətdən kənar, ikili standartlara yönəlik bir kağız parçasıdır. Bu Fransada beynəlxalq hüququn, beynəlxalq humanitar hüququn süqut etdiyinin bariz göstəricisidir. Ombudsman Səbinə Əliyeva beynəlxalq təşkilatlara ünvanlanan bəyanatında qətnaməni pisləyib, bölgədə sülh, sabitlik və tərəqqiyə xələl gətirə biləcək təxribatçı addım kimi qiymətləndirib.