Ombudsman Ermənistandan olan silahlı qrupun üzvlərinə baş çəkib
2021-05-20 12:11
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva Azərbaycanın azad edilmiş ərazilərinə Ermənistan tərəfindən yerləşdirilmiş, mülki şəxslərə və hərbi qulluqçularımızın həyat və sağlamlığına qarşı törətdikləri cinayətlərin qarşısının alınması zamanı saxlanılaraq istintaqa təhvil verilmiş, terror cinayəti törətməkdə təqsirləndirilən silahlı qrupun üzvlərinə növbəti dəfə baş çəkib. Onlarla təkbətək görüşərək onların hüquqlarının təmini vəziyyətini araşdırıb. Təqsirləndirilən şəxslər saxlanma şəraitindən, qidalanma və tibbi xidmətdən, onlara göstərilən rəftardan razılıq ediblər.
Vüsalə Camal