Ombudsman Ermənistanın müharibə cinayətləri ilə bağlı bəyanat yayıb
2021-10-06 12:12
Ombudsman Səbinə Əliyeva Ermənistan silahlı qüvvələri tərəfindən Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin raketlərlə atəşə tutulmasının ildönümü ilə bağlı bəyanat yayıb. “Dünya ictimaiyyəti, beynəlxalq təşkilatlara müraciət edərək, beynəlxalq hüquq normalarını kobud şəkildə pozmaqla müharibə cinayətləri törətmiş Ermənistana qarşı müvafiq sanksiyaların tətbiqi istiqamətində addımlar atmağa çağırıram”, - deyə bəyanatda qeyd edilib.
Vüsalə camal