Ombudsman ermənilərin basdırdığı minalarla bağlı beynəlxalq təşkilatlara çağırış edib
2021-04-19 12:12
Ombudsman Səbinə Əliyeva Azərbaycanın azad edilmiş ərazilərində mina probleminin məcburi köçkünlərin doğma yurdlarına qayıdışını ləngitməklə yanaşı, çoxsaylı insanların həyatına son qoyduğu və ya ömürlük əlillik dərəcəsi almalarına səbəb olması ilə bağlı çağırış edib. Ermənistana beynəlxalq hüquqa hörmət etmək öhdəliyini xatırladan insan hüquqları üzrə müvəkkil beynəlxalq təşkilatları qəti münasibət bildirməklə bu məsələdə Azərbaycana dəstək ifadə etməyə çağırıb.
Vüsalə camal