Ombudsman BMT-nin insan hüquqları üzrə ali komissarına cavab verib
Ombudsman Səbinə Əliyeva BMT-nin insan hüquqları üzrə ali komissarı Volker Türkün Laçın-Xankəndi yolu ilə bağl açıqlamasına cavab verib. "Əlinizdə Laçın-Xankəndi yolundakı vətəndaş cəmiyyəti institutlarının etiraz aksiyaçılarının ərzaq, dərman və əsas ləvazimatları daşıyan yük maşınlarına maneçilik yaratmaları barəsində məlumatlar varsa bizimlə də bölüşməyinizi xahiş edirəm ki, Azərbaycan Ombudsmanı olaraq müvafiq tədbir görə bilim. Əks halda sizin bəyanatlarınız Azərbaycana qarşı əsassız ittihamlardan başqa bir şey deyil", - deyə məktubda qeyd edib.