Ombudsman Beynəlxalq təşkilatları soyqırımı cinayətlərinə hüquqi qiymət verməyə çağırıb
Ombudsman Səbinə Əliyeva Əsgəranda kütləvi məzarlığın aşkarlanmasına münasibət bildirib. Kütləvi məzarlığın Ermənistanın Azərbaycana qarşı insanlıq əleyhinə ən ağır cinayət olan soyqırımı törətdiyini bir daha təsdiqlədiyinə diqqət çəkib. Ombudsman Beynəlxalq təşkilatları Azərbaycana qarşı ikili standartlarla müşayiət olunan laqeyd münasibətə son qoymağa, bu kimi cinayətlərə hüquqi qiymət verməyə, cinayətkarların ədalət mühakiməsinə cəlb olunmasına çağırıb. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Əsgəranda 8 nəfərdən artıq şəxsin meyitinin basdırıldığı kütləvi məzarlıqda axtarış, qazıntı və ekshumasiya işlərinin davam etdirildiyini açıqlayıb.
Fərid Mehdiyev