Ombudsman Azərbaycanda həbsdə olan erməni terror-diversiya qruplarının üzvlərinə baş çəkib
Ombudsman Səbinə Əliyeva və Milli Preventiv Qrupun üzvləri tərəfindən üçtərəfli Bəyanata əsasən hərbi əməliyyatların dayandırılmasından sonra Azərbaycanın işğaldan azad olunan ərazilərində terror-diversiya qrupları şəklində cinayət əməllərinin törədilməsinə görə həbs edilən Ermənistan vətəndaşlarının saxlanıldığı müəssisələrə ardıcıl başçəkmələr həyata keçirilib. Həmin şəxslərə münasibətdə qanunvericiliyin tələblərinə riayət edildiyi, hüquqlarının, lazımi tibbi və psixoloji xidmətin təmin olunduğu və heç bir şikayətlərinin olmadığı müəyyən edilib.