Ombudsman azyaşlıların elektroskuterlərin nəzarətsiz istifadəsinə görə dövlət qurumlarına müraciət edib
Ombudsman Səbinə Əliyeva elektroskuterlər və digər kiçik elektrik nəqliyyat vasitələrinin təhlükəsiz istifadəsi ilə bağlı dövlət qurumuna müraciət edib.O, bildirib ki, azyaşlıların yol-nəqliyyat hadisələrində iştirakı, təhlükəsizlik dəbilqəsinin istifadə edilməməsi və qeydiyyat mexanizmlərinin olmaması ciddi risklər yaradır. Ombudsman yaş məhdudiyyətini və valideyn məsuliyyətinin gücləndirilməsini, təhlükəsizlik dəbilqəsinin məcburi tətbiqini, dövlət qeydiyyatı və inzibati məsuliyyətin bərabər prinsiplə tətbiqini təklif edir. Səbinə Əliyeva vurğulayıb ki, bu tədbirlər mikromobilliyin təhlükəsiz inkişafına və şəhər mühitində risklərin minimuma endirilməsinə xidmət edəcək.
16 fevral 2026

