Ombudsman Azərbaycana qaytarılmış hərbi əsir və girovlarla görüşüb
2020-12-16 14:06
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva girov və əsirlikdən azad edilən Dilgəm Əsgərov, Şahbaz Quliyev, habelə Vətən müharibəsinin iştirakçısı olan 12 hərbi qulluqçuyla görüşüb. Ombudsman bu şəxslərin müayinə və müalicə olunduqları müəssisədə onların sağlamlıq durumu, hüquqlarının təmini vəziyyəti, əsir və girov saxlanılarkən onlarla rəftar məsələləri ilə bağlı məlumat alıb. Ermənistan tərəfindən Azərbaycanlı girovlara, habelə yaralanan və əsir düşən hərbi qulluqçularımıza münasibətdə beynəlxalq hüquq normalarının, xüsusilə də Cenevrə Konvensiyalarının tələbləri ciddi şəkildə pozulub.
Nərgiz Camal