Ombudsman ANAMA əməkdaşının minaya düşməsi ilə bağlı bəyanat yayıb
2021-06-17 18:06
Ombudsman Səbinə Əliyeva bu gün Cəbrayılda mina partlayışı nəticəsində ANAMA əməkdaşının xəsarət alması ilə bağlı bəyanat yayıb. "Vəliyev Ruhin Sultan oğlu xidməti vəzifəsini yerinə yetirərkən minaya düşüb və sol ayağı topuq nahiyəsindən travmatik amputasiya olunub. Bir daha minaların yaratdığı təhlükə ilə bağlı ciddi narahatlığımı bildirir, Ermənistana beynəlxalq hüquqa hörmət etmək öhdəliyini xatırladır və beynəlxalq təşkilatları ədalətli yanaşma sərgiləyərək qəti münasibət bildirməklə bu məsələdə Azərbaycana dəstək ifadə etməyə çağırıram", - deyə bəyanatda bildirilib.
Vüsalə camal