Ombudsman Ağstafada hərbi sursatın partlaması ilə bağlı beynəlxalq ictimaiyyətə çağırış edib
Ombudsman Səbinə Əliyeva Ağstafada baş verən partlayışla bağlı beynəlxalq ictimaiyyətə çağırış edib.Hadisə nəticəsində bir nəfər həlak olub, digər şəxs ağır xəsarət alıb.Onun sözlərinə görə, mina və partlamamış hərbi sursatlar insanların həyat və sağlamlığı ilə yanaşı, ətraf mühit üçün də ciddi təhlükə yaradır. Partlayıcı maddələr torpağın münbit qatını sıradan çıxarır, yeraltı suları çirkləndirir.Ombudsman beynəlxalq ictimaiyyəti və aidiyyəti təşkilatları humanitar minatəmizləmə fəaliyyətinə dəstəyi gücləndirməyə, mina təhlükəsinin aradan qaldırılması istiqamətində səyləri artırmağa çağırıb.
16 noyabr 2026

