Olimpiya və Paralimpiya Oyunlarında iştirak hüququ qazanan idmançılara və məşqçilərinə xüsusi təqaüd veriləcək
Olimpiya və Paralimpiya Oyunlarında iştirak etmək hüququ qazanmış idmançılara və onların məşqçilərinə xüsusi təqaüd verilməsi qaydalarına dəyişiklik edilib. Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən,
Olimpiya Oyunları üzrə: hər ay hər bir idmançıya minimum əməkhaqqının 2 misli məbləğində, onun məşqçisinə, milli yığma komandanın baş məşqçisinə minimum əməkhaqqının 1,5 misli məbləğində təqaüd ödəniləcək. Paralimpiya Oyunları üzrə isə müvafiq olaraq 1 və 0,5 misli məbləğində müəyyən edilib.
Fərid Mehdiyev