Canlı
Olimpiya çempionumuz 5 min dollar qazana bilər

2018-12-06 / 16:32

Azərbaycan millisinin 3 sərbəst güləşçisi dekabrın 7-də Rusiyanın Vladiqafqaz şəhərində start götürəcək “Alans” turnirində iştirak edəcək. Yığma böyük məşqçisi Zəlimxan Hüseynovun rəhbərliyi altında 3 gün davam edəcək yarış olimpiya və dünya çempionu Şərif Şərifov, Məhəmmədhacı Xatiyev və Aslanbek Alborov qatılacaq. Qeyd edək ki, çempionlar 5 min, finalçılar 2 min, bürünc medalın sahibləri isə min dollar pul mükafatı alacaq.

Vüsalə Camal