Olimpiakosun daha bir oyunçusu Qarabağla oyunundan əvvəl zədələnib
Olimpiakosun daha bir oyunçusu Qarabağla UEFA Avropa Liqasının qrup mərhələsinin 3-cü tur oyunundan əvvəl zədələnib. Bu dəfə müdafiəçi Usseynu Ba sıradan çıxıb. 26 yaşlı seneqallının durumuna bu gün aydınlıq gələcək. Daha əvvəl Pirey təmsilçisində Panayotis Retsos və komandanın əsas qapıçısı Tomaş Vatslik eyni aqibəti yaşayıb. "Olimpiakos" "Qarabağ" matçı oktyabrın 6-da saat 23-də başlayacaq.