Oğuzda yol qəzası baş verib, xəsarət alan var
2020-03-18 14:05
Oğuzun Bucaq kəndində İsmayıllı sakini, 38 yaşlı Anar Səfərov idarə etdiyi "Mercedes Benz" markalı yük maşını qarşısına çıxan iribuynuzlu camışı vurub. Avtomobil daha sonra yol kənarına aşıb. Sürücü müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Nərgiz Camal