Oğuzda qadın sürücü qəza törədib, ölənlər və xəsarət alanlar var

2019-06-14 10:14

Oğuzun Bayan kəndində Bakı sakini, 50 yaşlı Elnarə Ağakərimovanın idarə etdiyi "Hyundai" markalı avtomobil ağaca çırpılıb. Sürücü və daha bir qadın hadisə yerində dünyasını dəyişib. Avtomobildə olan daha 3 nəfər, Bakı sakinləri, bir ailənin üzvləri - 41 yaşlı Zaman Hadıyev, 51 yaşlı Məlahət Hadıyeva və 9 yaşlı Zəki Hadıyev Şəki rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Vəfa Şairova