Oğuzda işıq dirəyinə çırpılan avtomobil hissələrə parçalanıb
Oğuzda "VAZ-2107" markalı avtomobil idarəetmədən çıxaraq işıq dirəyinə çırpılıb.Sürücü, 23 yaşlı Səddam Allahverdiyev, sərnişinlər - 24 yaşlı Cəmil Şərifli və 25 yaşlı Okan Həmidli müxtəlif dərəcəli xəsarətlər alıblar.Faktla bağlı araşdırma aparılır.
24 fevral 2026

