Canlı
Oğuzda azyaşlı qız qəzanın qurbanı oldu

Oğuz rayonunda azyaşlı qızı maşın vurub. Hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistralının Padar kəndindən keçən hissəsində baş verib. Padar kənd sakini 5 yaşlı Duyğu Məmmədəliyeva yolu keçmək istəyərkən, Kərimli kənd sakini 31 yaşlı Səyid İbrahimov idarə etdiyi İJ markalı avtomobillə onu vurub. Uşaq dərhal xəstəxanaya aparılıb, lakin həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.

Ruhəngiz Hacızadə