Oğuzda ağacları kəsən şəxs saxlanılıb
Polis əməkdaşları tərəfindən Oğuz rayonunun Filfilli kəndindəki meşəlik ərazidə həyata keçirilən tədbirlərlə ağacları kəsməkdə şübhəli bilinən 1968-ci il təvəllüdlü Dünyabir Nəsirov saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.