Oğuzda ağac kəsilməsi ilə bağlı vəzifəli şəxslərə cinayət işi açılıb
2020-09-14 14:05
Oğuzda ağac kəsilməsi ilə bağlı vəzifəli şəxslərə cinayət işi açılıb. Oğuz meşəbəyliyinin 9 saylı dolayında 129 ədəd qovaq, Xaçmaz meşəbəyliyinin 9 saylı dolayında 5 ədəd qovaq və 11 saylı dolayında 192 ədəd qızılağac və yalanqoz cinsli ağacların məhv edilməsi nəticəsində təbiətə 24 min 688 manat məbləğində ziyan dəyib. Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları, ətraf mühitə vurulan maddi ziyanın ödənilməsinin təmin edilməsi və nəticələrinin aradan qaldırılması istiqamətində zəruri tədbirlər davam etdirilir.
Nərgiz Camal