Oğurluqda şübhəli bilinən keçmiş məhkumlar tutulub

Bakıda avtoyuma məntəqələrinin birində müştəriyə məxsus avtomobildən 4 300 manat dəyərində qızıl boyunbağı oğurlanıb.Əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 30 yaşlı Şəhriyar Dəmirov müəyyən olunaraq saxlanılıb.Bakıda yerləşən obyektlərin birindən ümumi dəyəri 8 min manat olan 6 ton metal avadanlığı oğurlamaqda şübhəli bilinən, əvvəllər də oğurluq cinayətinə görə məhkum olunmuş 33 yaşlı T.Əzimov saxlanılıb. Onun işlədiyi obyektdən dəmir avadanlıqları hissə-hissə talayaraq metal qəbulu məntəqələrinə satdığı müəyyən edilib.Faktla bağlı araşdırmalar davam etdirilir.Paytaxtın Sabunçu rayonunda yerləşən obyektlərin birindən isə ümumi dəyəri 2300 manat olan 6 ədəd proyektor və noutbuk oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 22 yaşlı F.İdrisov saxlanılıb.Digər əməliyyat zamanı isə Yasamal rayonunda 2000 manat dəyərində mobil telefon oğurlamaqda şübhəli bilinən 35 yaşlı L.Məmmədova tutulub. Faktlarla bağlı araşdırma aparılır.

05 iyun 2026

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik