Canlı
Oğurluqda şübhəli bilinən Gəncə sakini tutulub

Baş Cinayət Axtarışı İdarəsi və Şəmkir RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il noyabrın 13-də rayon sakini Elmixan Əhmədovun evindən 1800 manat pul, geyim və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Gəncə sakini Qüdrət Cəfərov tutulub, daha bir nəfər müəyyən edilib. Araşdırmalar davam etdirilir.

Vəfa Şairova