Oğurluq edən ata və oğul saxlanılıb
Paytaxt sakinini videogörüntülərini sosial şəbəkədə yayacağı ilə hədələyərək ondan 1170 manat tələb edən Qobustan sakini Nail Rəcəbov saxlanılıb. Bakıda vətəndaşın bank kartından isə 3 min 770 manat pul oğurlayan keçmiş məhkumlar Vüqar Nəsibov və oğlu Sirac Nəsibov tutulublar. Faktlarla bağlı araşdırma aparılır.
Lalə Nəsib