Oğurluq edən şəxsdən “Makarov” markalı tapança ələ keçirilib
Paytaxtın Nizami rayonunda mağazaların birindən 1 050 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. Əməli törətməkdə şübhəli bilinən, Neftçala sakini, əvvəllər məhkum olunmuş, 1972-ci il təvəlldülü Cəlal Məmmədov saxlanılıb. Onda odlu silaha aid döyüş sursatı aşkarlanıb. Davam etdirilən tədbirlərlə onun gizlətdiyi yerdən “Makarov” markalı tapança, 7 ədəd patron və patron darağı götürülüb.
Nərgiz Camalzadə