Oğurluğa görə axtarılan şəxsin üzərindən silah-sursat da çıxdı
Polis Sabunçu, Yasamal və Qaradağ rayonlarında oğurluqlar etdiyi üçün axtarışda olan əvvəllər məhkum olunmuş Nəriman Vəliyevi saxlayıb. Ondan “Makarov” tapançası, patron darağı və 15 ədəd patron aşkarlanıb. Vəliyev silah-sursatı Ələt qəsəbəsində yerləşən fermadan oğurladığını bildirib. Fermanın sahibi Azər Hacıyev də sənədləri olmayan ov tüfəngi və 30 ədəd patronla saxlanılıb.
Fərid Mehdiyev