Nаmizədin qeydə alınması üçün seçki sənədlərinin MSK-ya təqdim edilməsi müddəti sabah başa çatır
Səsvermə günü xarici dövlətlərdə olan və konsul qeydiyyatına durmuş seçicilərin səs verməsi üçün seçki məntəqələrinin yaradılması müddəti bu gün başa çatır. Bu barədə Növbədənkənar Prezident seçkilərinin hazırlanıb keçirilməsi üzrə Təqvim planında qeyd edilib. Nаmizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi müddəti isə sabah başa çatır. Azərbaycanda növbədənkənar Prezident seçkiləri fevralın 7-də keçiriləcək.
Vüsalə Cənnətova