Nyu-Yorkda soydaşlarımız Azərbaycan ekoloqlarına dəstək aksiyası keçiriblər
ABŞ-ın Nyu-York şəhərində yaşayan azərbaycanlılar BMT-nin mənzil-qərargahı önündə aksiya keçiriblər. Azərbaycan icmasının fəalları Xankəndi-Laçın yolunda günlərdir davam edən dinc etiraz aksiyasına dəstək nümayiş etdiriblər. Onlar üzərində “Ekoloji cinayətə son!”, “Azərbaycanın təbii sərvətlərinin qeyri-qanuni istismarına son qoyulsun!”, “Erməni separatçılarının qeyri-qanuni fəaliyyətinə son qoyulsun!” yazılan plakatlar qaldırıblar. Həmvətənlərimiz Ermənistanın Azərbaycan ərazisində törətdiyi ekoloji terrora son qoyulmasını, beynəlxalq təşkilatdan bölgəyə ekspertlər göndərilməsini, yataqlarda monitorinq keçirilməsini tələb edən şüarlar səsləndiriblər.