Nyu-Yorkda Azərbaycanda mina təhlükəsizliyi ilə bağlı tədbir keçirilib
Nyu-Yorkda BMT-nin mənzil-qərargahında Azərbaycanda mina təhlükəsizliyi ilə bağlı tədbir keçirilib. Ermənistanın məqsədyönlü siyasəti nəticəsində ölkəmizin dünyada minalarla ən çox çirklənmiş ölkələr sırasında yer aldığı qeyd edilib. Ərazilərin minalarla çirklənməsi keçmiş məcburi köçkünlərin öz evlərinə qayıtmasına mane törədir. Minasızlaşdırmanın vacib rolunu qəbul edən Azərbaycan 18-ci milli Dayanıqlı İnkişaf Məqsədini irəli sürüb.
Fərid Mehdiyev