Nyu-Yorkda Şuşanın işğaldan azad olunması yürüşlə qeyd edilib
2020-11-09 12:04
Nyu-Yorkda Şuşanın işğaldan azad edilməsi münasibətilə avtomobil yürüşü təşkil edilib. Yüzlərlə həmvətənimiz Şuşa şəhəri haqqında ingilis dilində məlumatların əks olunduğu rəqəmsal plakatların olduğu xüsusi maşın öndə olmaqla, Azərbaycan və Türkiyənin bayraqları ilə bəzədilmiş avtomobillərlə ABŞ ictimaiyyətinin diqqətini çəkiblər. Onlar karvanın foto və videolarını çəkməklə yanaşı, aksiya iştirakçılarına yaxınlaşaraq məlumatlar alıblar.
Nərgiz Camal