Nyu-Cersi ştatının Senatı Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar qətnamə qəbul edib
ABŞ-ın Nyu-Cersi ştatının Senatı Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar qətnamə qəbul edib. Ştatın senatoru Co Krayn tərəfindən imzalanan qərarda Xocalı soyqırımı barədə müfəssəl məlumatlar yer alıb: "Bu, Ermənistanın törətdiyi çoxsaylı qırğınların ən böyüyü idi, Xocalı şəhərində yaşayan dinc sakinlərin evləri və iş yerləri xarabalığa çevrildi və onlar ağlasığmaz vəhşiliyə məruz qaldılar", deyə sənəddə qeyd edilib.
Nərgiz Camalzadə