Novruz bayramı ilə bağlı qeyri-iş günlərinin sayı açıqlanıb
2021-02-16 12:00
Dövlət Əmək Müfəttişliyi Xidməti Novruz bayramı ilə bağlı qeyri-iş günlərinin sayını açıqlayıb. Mart ayının 20, 21, 22, 23 və 24-ü Novruz bayramıdır. Martın 20-si bazar gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən iş və istirahət günlərinin yeri dəyişdiriləcək, 25 mart qeyri-iş günü olacaq. 19, 26 və 27 mart tarixləri də şənbə və bazar günlərinə təsadüf etdiyi üçün Novruz bayramı ilə əlaqədar 9 gün ardıcıl iş olmayacaq.
Vüsalə camal