Nizami yurdunun təmsilçisi "Kəpəz" evə qayıdır
Gəncənin Premyer Liqa həsrəti nəhayət bitir. Nizami yurdunun təmsilçisi "Kəpəz" uzun fasilədən sonra evdə meydana çıxacaq. Sarı-göylər bundan sonra rəqibilərini doğma meydanda qəbul edəcək. Tribunalarda 3000 azarkeş matçı izləyə biləcək. Doğma publika önündə baş tutacaq ilk oyunda Kəpəzin əzəli rəqibi Neftçi olacaq. Tarixi derbi oktyabrın 16-da saat 15-də başlayacaq. Bu komandalar arasında Bakıda baş tutan ilk dövrə görüşü ağ-qaraların 5:2 hesablı qələbəsi ilə nəticələnib.